- Xəbər news
- 22:34 14.11.2024
Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.
Corner.az-ın məlumatına görə, bu barədə eyniadlı şəhərin təmsilçisinin rəsmi saytı bəyanat yayıb.
Bildirilib ki, klubun dağılması maliyyə böhranı ilə bağlıdır: "Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".
Klubun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı vurğulanıb.
Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" klubu 7 qat Slovakiya çempionudur. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.(report)