- Xəbər news
- 22:34 14.11.2024
Fransanın “L'Equipe” nəşri "Barselona”nın kapitanı Lionel Messinin şəklini növbəti buraxılışının üz qabığında yerləşdirib.
Corner.az xəbər verir ki, o, nəşrdə Latın Amerikasının məşhur inqilabçısı Ernesto Çe Gevara obrazında təmsil olunub. Nəşrin üz qabığında “Lionel Messi Barselonanın Çesi" sözləri yazılıb.
L'Equipe koronavirus pandemiyasına görə "Barselonada"kı aylıq maaşının 70 faizindən imtina edən Messinin təşəbbüsünü belə təsvir edib.
Qeyd edək ki “Barselona”nın prezidenti Jozep Bartomeu koronavirusa görə futbolçuların maaşının azaldılması təklifini argentinalı hücumçunun verdiyini açıqlayıb.