- Xəbər news
- 22:34 14.11.2024
Portuqaliyada “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə bağlı qalmaqal yaranıb.
Corner.az xəbər verir ki, buna futbolçunun koronavirus pandemiyasına görə tədbiq edilən karantin qaydasını pozub ailəsi ilə küçədə gəzməsi səbəb olub. Bu hadisə ölkədə birmanalı qarşılanmayıb və oyunçunu qınayanlar çox olub.
Portuqaliya siyasətçi Rafael Masedunun Feysbuk səhifəsində isə Ronaldo barədə kəskin fikirlər yer alıb. Masedunun adından yayılan paylaşımda futbolçu haqda ağır sözlər işlədib: “Mən istəyirəm ki, İtaliyadan gələn bu heyvan evində otursun. Bu avaranı Madeyradan göndərin”.
Buna cavab olaraq Ronaldonun bacısı Elma Aveyru İnstaqramda yazıb: “Öz kökümlə fəxr edirəm. Mənim diplomum yoxdur. Amma bu adamdan savadlıyam. O, anormaldır. Heç kim, o cümlədən mənim qardaşım belə sözlərə layiq deyil”. Daha sonra isə o, paylaşımızı pozub.
Masedu isə Feysbukda yeni bir paylaşım edərək səhifəsinə kənar müdaxilənin olduğunu və Ronaldo barədə həmin sözləri yazmadığını iddia edib: “Mən Ronaldo barədə belə fikirlər işlətmərəm. Bu, mənim səhifəmə birinci müdaxilə deyil. İndi şifrəni dəyişmişəm. Ronaldodan üzr istəyirəm. Hər həftə səhifəmə xaker hücumu olur. Ehtiyatlı olun”.