30 noyabr 2024. Şənbə

Mane koronavirusla mübarizə üçün xəstəxana tikdirir


Mane koronavirusla mübarizə üçün xəstəxana tikdirir

“Liverpul”un futbolçusu Sadio Mane növbəti dəfə xeyirxah addımı ilə gündəmə gəlib.

Corner.az xəbər verir ki, seneqallı hücumçu koronavirusla mübarizəyə dəstək olub. O, ölkəsində bu virusdan əziyyət çəkən xəstələrin müalicəsi üçün xəstəxana tikdirir. Bunu futbolçunun meneceri Byorn Bezemer Seneqal mətbuatına açıqlamasında deyib.

Benzemer Manenin doğulduğu Bambali qəsəbəsində yeni xəstəxana tikiləcəyi və bütün xərcləri Manenin qarşılayacağını bildirib. Xəstəxananın inşası 3,5 milyon dollara başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Mane bir müddət əvvəl Seneqalda Koronavirusla Mübarizə Fonduna 45 min avro ianə etmişdi.(qol)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir