- Xəbər news
- 22:34 14.11.2024
"Ayaks" klubunun idman direktoru Mark Overmars yerli futbol federasiyasının Erediviziyanı avqustun 3-nə kimi başa çatdırmaq planına münasibət bildirib.
Corner.az-ın məlumatına görə, ölkəsinin "Telegraaf" nəşrinə danışan veteran futbolçu həm federasiyanı, həm də UEFA-nı sərt tənqid edib.
Niderland millisinin sabiq üzvü hər iki qurumun pula görə insanların həyatını təhlükəyə atdığını vurğulayıb: "Federasiyanın müstəqil qərar verəcəyini gözləyirdim. Amma UEFA-nın arxasında gizlənirlər. Biz teleyayım gəlirlərindən o qədər də asılı deyilik. Məncə, böyük ölkələr çempionatları bitirmək üçün UEFA-ya təzyiq etdilər. Qurum da bundan yararlanır. Çünki avrokubokların keçirilməməsi milyonlarla avro itkisi deməkdir".
M.Overmars UEFA-nı və yerli federasiyanı ABŞ prezidenti Donald Trampa bənzədib: "Tramp da "İqtisadiyyat koronavirusdan daha önəmlidir" deyir. Niderlandda hər gün virusdan yüzlərlə insan ölür".