28 may 2026. Cümə axşamı

Ronaldo tarixin ən yaxşı futbolçusu seçildi


Ronaldo tarixin ən yaxşı futbolçusu seçildi

İspaniyanın "Marca" nəşri oxucuları arasında tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib. 

Corner.az-ın məlumatına görə, səsvermə pley-off formatında təşkil edilib.

Burada oxucular əfsanəvi oyunçudan birini seçməli olub, qalib gələnlər isə növbəti mərhələyə adlayıb. 

Final duelində Lionel Messi ("Barselona", İspaniya) və Kriştiano Ronaldo ("Yuventus", İtaliya) üz-üzə gəliblər. Ronaldo səslərin 54 faizini toplayaraq ən yaxşı oyunçu adını qazanıb. 

Səsvermədə finala gedən yolda portuqaliyalı hücumçu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı qabaqlayıb. Messi isə öz növbəsində Ferents Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldoya qalib gəlib. 

Ronaldo Maradonadan iki faiz çox səs toplayaraq üçüncü yeri tutub. 







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı