- Xəbər news
- 21:58 14.03.2026
"Borussiya Dortmund"un futbolçusu Erlinq Haaland "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun çağırışına qoşulub.
Corner.az xəbər verir ki, 19 yaşlı futbolçu portuqaliyalı hücumçunun təlimlə bağlı çellencində iştirak edib. Norveçli futbolçu 45 saniyədə 124 hərəkət edib və Ronaldonu (145) keçə bilməyib.
Haaland bununla bağlı "İnstagram" hesabında bildirib: "Ronaldo çağırış qəbul edildi. 45 saniyəyə 124 təkrarlama. Pis deyil, elə deyilmi?".