25 mart 2026. Çərşənbə

Ronaldinyo həbsdən azad edildi


Ronaldinyo həbsdən azad edildi

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo həbsxanadan çıxıb.

Corner.az  “Football Espana”ya istinadən xəbər verir ki, mart ayının əvvəlində həbs olunan Ronaldinyo və qardaşı 1,6 milyon dolar dəyərində girov ödəyib və ikilinin cəzası ev həbsinə çevrilib.Onlar ev həbsini Paraqvayın paytaxtında yerləşən  Asunsyon mehmanxanasında keçirəcək. 

Qeyd edək ki, Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular. Martın 5-də Paraqvayın baş prokuroru braziliyalının həbsinə order verib. Amma növbəti gün sabiq futbolçu həbsdən azad edilib.Lakin bir neçə saat sonra Ronaldinyo yenidən baş prokurorluğun sorğusu üzrə həbs edilib və məhkəmə onun həbs müddətini altı aya qədər uzatmaq barədə hökm çıxarıb. 







Xəbər news