25 mart 2026. Çərşənbə

Daha bir ölkədə çempionat ləğv olunur


Daha bir ölkədə çempionat ləğv olunur

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Şotlandiya çempionatı davam etdirilməyə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə ölkənin Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, yaxın günlərdə klub rəhbərləri ilə birlikdə iclas keçiriləcək. Cari mövsüm ləğv olunacağı halda turnir cədvəlinin ilk pilləsində yer alan komanda çempion elan ediləcək.

Hazırda Şotlandiya çempionatına 80 xalla “Seltik” klubu liderlik edir.

Qeyd edək ki, daha əvvəl Belçikada cari mövsümün bərpa olunmayacağı açıqlanıb.







Xəbər news