- Xəbər news
- 22:34 14.11.2024
32 gün həbsdə qalan Ronaldinyo və qardaşının ev dustaqlığı prosesi başlayıb.
Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 1,6 milyon girov müqabilində türmədən çıxan əfsanəvi oyunçu qardaşı ilə birgə Paraqvayda polis nəzarətindədir. O, ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir. Ronaldinyo otelin ən bahalı nömrəsi sayılan Prezident nömrəsini seçib. Bu nömrə üçün 24 saat ərzində xidmət göstərilir. Həmçinin otelin damında xüsusi basseyn var. 40 yaşlı Ronaldinyo kokteyl bar, trenajor zalı və sairdən də istifadə edə bilər.