- Xəbər news
- 22:34 14.11.2024
"Milan"nın futbolçusu Zlatan İbrahimoviç sahib olduğu "Hammarbü" komandasının heyətində məşqə çıxıb.
Corner.az-ın məlumatına görə, həm 38 yaşlı hücumçu, həm də klub hazırlıq prosesindən çəkilmiş şəkilləri sosial şəbəkə hesablarından paylaşıb.
Təcrübəli futbolçu məşqlərdə qonaq qismində iştirak edib.
Qeyd edək ki, koronavirus pandemiyasına baxmayaraq, İsveçdə komandaların kollektiv məşq etmələrinə və azarkeşsiz yoldaşlıq oyunları keçirmələrinə icazə verilir.
Əlavə edək ki, Zlatan İbrahimoviç "Hammarbü" klubunun səhmlərinin 25 faizinin sahibidir.