30 noyabr 2024. Şənbə

Koronavirusa görə müqaviləsi ləğv olundu, komandanı məhkəməyə verdi


Koronavirusa görə müqaviləsi ləğv olundu, komandanı məhkəməyə verdi

İsveçrənin “Sion” klubu yollarını ayırdığı futbolçusu Yohan Djuru tərəfindən məhkəməyə verilib.

Corner.az xəbər verir ki, buna səbəb 33 yaşlı futbolçu ilə müqavilənin ləğv edilməsi olub. "Sion" Djurunun  koronavirus pandemiyasına görə maaşının azaldılmasına razı olmadığı üçün bu addımı atıb.

İsveçrə millisinin sabiq müdafiəçisi isə bu qərarla razılaşmayıb və klubu məhkəməyə vermək qərarına gəlib.

Futbolçu yerli mətbuata verdiyi açıqlamasında pul hərisi olmadığını, sadəcə, haqqının tapdalanmamasına çalışdığını bildirib. O, məhkəmədə qalib gələcəyi halda, alacağı təzminatı yardım fondlarından birinə bağışlayacağını da açıqlayıb.

Qeyd edək ki, Djuru ilə yanaşı, daha 8 futbolçunun müqaviləsinə xitam verilmişdi.(qol)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir