11 may 2026. Bazar ertəsi

İspaniyalı futbolçu koronavirusa görə peşəsini dəyişdi


İspaniyalı futbolçu koronavirusa görə peşəsini dəyişdi

 "Real Betis" klubunun qadın futbolçusu Ana Romero koronavirusla mübarizə məqsədilə peşəsini müvəqqəti dəyişib.

Corner.az-ın məlumatına görə, bu barədə ispaniyalı hücumçu şəxsi "Instagram" səhifəsində bildirib.

33 yaşlı futbolçu xəstəxanada işləməyə başladığını yazıb: "Bu günlərdə koronavirusla mübarizədə öz köməyimi göstərə bildiyim üçün şadam. Bunu etməyin vaxtı çatıb. Evdə qalın!"

Qeyd edək ki, Ana Romero daha əvvəl "Valensiya", "Barselona" və "Sevilya" klublarında çıxış edib.









Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı