28 oktyabr 2024. Bazar ertəsi

Avropada daha bir klub maaşları azaltdı


Avropada daha bir klub maaşları azaltdı

"Seltik" klubu futbolçuları və əməkdaşları məvaciblərinin azaldılmasına razılıq verib.

Corner.az-ın məlumatına, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilib ki, komanda üzvləri maaşlarının böyük hissəsindən imtina edib.

Həmçinin ödənişlərin iyun ayına qədər təxirə salındığı vurğulanıb.

Qeyd edək ki, Şotlandiya Futbol Federasiyası koronavirus pandemiyasına görə dayandırılan yerli çempionatın ləğv olunması məsələsini də müzakirə edir.







Xəbər news