30 noyabr 2024. Şənbə

Hamımız Haalanda gülürdük, amma o, nəhəng kimi geri döndü


Hamımız Haalanda gülürdük, amma o, nəhəng kimi geri döndü

"Tuluza"nın futbolçusu Ruben Qabrielsen sabiq komanda yoldaşı "Borussiya"nın futbolçusu Erlinq Haaland haqda maraqlı fikirlər səsləndirib.

Corner.az xəbər verir ki, "Get French Football News"a danışan 28 yaşlı müdafiəçi "Molde"də birgə oynadığı norveçli hücumçunun komandaya ilk qatıldığı zaman balaca bir uşaq olduğunu söyləyib: "Molde"də olarkən bir dəfə matçdan öncə məşqlərdə bir həftə ərzində bir qol belə vurmamışdı. Hamımız ona gülürdük. Oyunun heyətinə daxil edildiyini eşitdim zaman "necə bu uşaqla başlaya bilərik?" deyə düşündüm. Amma 50 dəqiqə sonra 4 qol vurdu. Ondan sonra bir anda komandada yüksəliş oldu".

R.Qabrielsən Holandın inkişafında zədəsinin rolunun olduğunu da vurğulayıb: "Haaland zədələndi və uzun müddət onu görə bilmədik. Sonra nəhəng kimi geri döndü.  Çünki Holand çətin vaxtlarında daha çox çalışmalı lazım olduğunu öyrəndi. Zədələnməsi onun üçün önəmli dərs oldu".

Norveçli futbolçu Haalandın Çempionlar Liqasında bu mövsüm vurduğu qollar haqda danışıb: "Onun Çempionlar Liqasında ardıcıl qollar vurduğunu görəndə gülürəm. Rəqib müdafiəçilərini qorxutduğu zaman gülməmək mümkün deyil. Çünki bunların hamısını mən daha əvvəl görmüşdüm". (qol)

 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir