30 noyabr 2024. Şənbə

Yuventus'un sabiq futbolçusu xərçəng xəstəliyinə qalib gəldi


Yuventus'un sabiq futbolçusu xərçəng xəstəliyinə qalib gəldi

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Canluka Vialli xərçəng xəstəliyindən sağalıb. 

Corner.az-ın məlumatına görə, bu barədə 56 yaşlı keçmiş hücumçu "Daily Mail"ə açıqlamasında bildirib.

O, hazırda vəziyyətinin yaxşı olduğunu və dekabrda iki dövrədən ibarət 17 aylıq kimya terapiya kursunu başa vurduğunu söyləyib: "Yoxlanışlardan sonra xəstəliyin əlamətləri görsənmir. Bir çoxları ilə müqayisədə şanslıyam".

Qeyd edək ki, Canluka Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, "Çelsi"də çıxış edib. 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir