30 noyabr 2024. Şənbə

Elə bilirdim, evlənəcəyik - Emerini ittiham etdi


Elə bilirdim, evlənəcəyik - Emerini ittiham etdi

“Arsenal”ın sabiq baş məşqçisi Unai Emerinin keçmiş sevgilisi Saşa Rayt “The Sun” nəşrinə müsahibəsində şəxsi söhbətlərini açıqlayıb.

Corner.az xəbər verir ki, Rayt deyib ki, Emeri London klubundan qovulmasına görə onu günahlandırıb:

“Biz ayrıldığımız gündən “Arsenal” uduzmağa başladı. O deyirdi ki, mən ağ caduyam, ona çox uğursuzluq gətirmişəm. Unai deyirdi ki, biz ayrıldıqdan sonra çox həyəcanlanırdı və normal düşünə bilmirdi. O, hətta “Arsenal”dan qovulmağına görə məni günahlandırdı”.

Rayt Emerinin bir kişi kimi keyfiyyətləri barədə də danışıb: “Mən hesab edirdim ki, o, əsl centlmen, ailəcanlı biridir. Sonda başa düşdüm ki, bu adam ciddi münasibətlərə hazır deyil. Mən Unaiyə güvənirdim, hesab edirdim ki, evlənəcəyik, uşaqlarımız olacaq. O, həmişə futbola baxır və nəticələri yoxlayırdı. Bu, məni əsəbiləşdirsə də, onun işini qəbul edirdim. Ötən ilin sentyabrında isə bildirdim ki, daha bəsdir və beləcə, münasibətlərimizə son qoyduq”. (qol)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir