2 fevral 2026. Bazar ertəsi

Klublararası dünya çempionatı 2022-ci ildə keçirilə bilər


Klublararası dünya çempionatı 2022-ci ildə keçirilə bilər

Koronavirus pandemiyasına görə təxirə salınan klublararası dünya çempionatının təqribi keçirilmə vaxtı müəyyənləşib.

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, mundial 2022-ci ilin iyununda təşkil oluna bilər.

Yarış 2021-ci il 17 iyun - 4 iyul tarixlərinə nəzərdə tutulurdu. Amma AVRO-2020-nin növbəti ilə təxirə salınması klublararası dünya çempionatının da vaxtının dəyişməsinə səbəb olub.

Qeyd edək ki, turnir yeni formatda və 4 ildən bir keçiriləcək. İştirakçılarının sayının 7-dən 24-ə yüksəldiləcəyi gözlənilir.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO