28 oktyabr 2024. Bazar ertəsi

Rusiyaya vurduğum o qol təsadüfi deyildi - Şevçenko +VİDEO


Rusiyaya vurduğum o qol təsadüfi deyildi - Şevçenko +VİDEO

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko futbolçu kimi AVRO-2000-nin "pley-off" mərhələsinin Moskvada keçirilmiş cavab oyununda Rusiya yığmasının qapısından keçirdiyi tarixi qolu xatırlayıb.

Corner.az-ın məlumatına görə, "zbirna.com"a danışan veteran hücumçu matçın başa çatmasına 2 dəqiqə qalmış cərimə zərbəsindən vurduğu qolun təsadüf olmadığını bildirib.

İtaliyanın "Milan" klubunun sabiq forvardı daha 3 matçda eyni cür fərqləndiyini bildirib: "Aleksandr Filimonovun qapısına vurduğum cərimə zərbəsi təsadüf deyildi. Birincisi, "Bavariya", "Karpatı" və daha bir komandaya belə qol vurmuşam. İkincisi, məşqdən sonra həmin vaxt yığmada Yozef Sabonun köməkçisi olan Leonid Buryakla standart vəziyyətlər üzərində çox işləmişdik".

Şevçenkonun sözlərinə görə, həmin vaxt məşqçi də əla formada idi: "Onun mükəmməl cinah ötürmələri Sergey Rebrovla mənə son zərbələri daha da təkmilləşdirməkdə kömək edirdi. Bundan sonra isə künc və cərimə zərbələri üzərində çalışırdıq".

Əfsanəvi futbolçu Rusiya ilə matçda topun qapıya necə daxil olmasından danışıb: "Sağ ayağımla zərbə vurmaq üçün əlverişli imkan yaranan kimi topu qapıya yönəltməyə çalışırdım. Qarşıma hədəf qoymuşdum: istənilən zərbə çərçivəyə tərəf olmalıdır. Top müəyyən trayektoriya ilə hərəkət edir, canlı səddi aşır və aşağı düşür. Belə zərbələr hər zaman qapıçılar üçün çətin olur. Onun qarşısında hərəkət edən oyunçu qrupu varsa, səhv etmək ehtimalı daha da artır. Hər şey belə alındı".

Qeyd edək ki, pley-off mərhələsində evdə Rusiyanı 3:2 hesabı ilə yenən Ukrayna millisi səfərdə məhz Andrey Şevçenkonun qolu sayəsində 1:1 hesablı heç-heçəyə nail olub və AVRO-2000-ə vəsiqə qazanıb.  (report)







Xəbər news