- Xəbər news
- 11:02 25.10.2024
Millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" klubu koronavirusla mübarizədə yerli xəstəxanalara dəstək olub.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Aqrovista" şirkətinin də maliyyə yardımı ilə klinikalar üçün 1 200 litr tibbi spirt, 10 min maska, 7 min əlcək, 100 ədəd xüsusi qoruyucu geyim dəsti və 500 respirator alınıb.
500 min qriven (təqribən 20 min ABŞ dolları) xərclənən qoruyucu vasitələrin bir hissəsi artıq Priutovski kənd şurasına təhvil verilib. Yaxın gələcəkdə tibbi avadanlıqların vahid ərazi birliyinin tibb müəssisələrinə paylanacağı bildirilib.
Qeyd edək ki, "Aleksandriya" klubu daha əvvəl Kirovoqrad vilayətindəki üç tibb müəssisəsi üçün süni nəfəs aparatı alıb.