28 oktyabr 2024. Bazar ertəsi

Koronavirusa yoluxmaq istəyərdim


Koronavirusa yoluxmaq istəyərdim
ABŞ-ın "Atlanta Yunayted" klubunun baş məşqçisi Frank De Bur koronavirus pandemiyası ilə bağlı maraqlı  açıqlama verib.

Corner.az xəbər verir ki, 50 yaşlı hollandiyalı mütəxəssis testdən keçdiyini və nəticəsinin mənfi olduğunu, ancaq buna o qədər də sevinmədiyini deyib:

"Koronavirus testim mənfi çıxdı. Amma mən müsbət olmasını istərdim. Belə olsaydı, artıq müalicə olunmuş və immunitetimi artırmış olardım".

Qeyd edək ki, ABŞ hazırda koronavirusdan ölənlərin sayına görə birincidir. Pandemiya orada 26 min insanın həyatına son qoyub.(qol)






Xəbər news