28 oktyabr 2024. Bazar ertəsi

Daha bir erməni klubu Rusiya çempionatından kənarlaşdırıldı


Daha bir erməni klubu Rusiya çempionatından kənarlaşdırıldı

“Armavir” klubu Rusiyanın səviyyəcə ikinci sayılan Milli Futbol Liqasından (FNL) kənarlaşdırılıb.

Corner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ermənilərə məxsus komanda 2020/2021 mövsümü üçün lisenziya şərtlərini, daha dəqiqi, müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi, həmçinin klubun akademiyasına sertifkat verilmədiyi üçün bu addım atılıb.

Digər tərəfdən, koronavirus pandemiyasına görə dayandırılan mövsümün bərpası ilə bağlı qeyri-müəyyənlik olduğundan, klubun sahibi Cevan Çeloyants komandanın çempionatdan çıxarılmasına qərar verib.

"Armavir"in prezidenti Valentin Klimko klubun yaşaması üçün əllərindən gələni etdiklərini söyləyib. Onun sözlərinə görə, rəhbərlik müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməyə çalışacaq.

27 turdan sonra Krasnodar təmsilçisi 20 kollektiv arasında 30 xalla 12-ci yerdə gedirdi. 

Qeyd edək ki, “Armavir” ikinci mövsüm idi ki, FNL-də çıxış edirdi. Klubun sahibindən əlavə, baş məşqçi Arsen Papikyan, texniki direktor Marat Oqanesyan və mətbuat katibi Hrayr Vanyan ermənidirlər. Komandada Ruslan Rzayev adlı azərbaycanlı futbolçu da oynayır. O, “Krasnodar”dan icarəyə götürülüb.

Daha əvvəl "Ararat" klubu Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.







Xəbər news