28 oktyabr 2024. Bazar ertəsi

Şotlandiyada çempion elan edildi


Şotlandiyada çempion elan edildi

Şotlandiyanın səviyyəcə ikinci futbol çempionatı olan Çempionşipdə qalib müəyyənləşib. 

Corner.az Şotlandiya Peşəkar Futbol Liqasının (SPFL) rəsmi saytına istinadən xəbər verir ki, liqada mövsüm vaxtından əvvəl yekunlaşıb. Çempion "Dandi Yunayted" elan olunub və bu klub əsas çempionata - Premyer Liqaya vəsiqə qazanıb. 

Şotlandiyada Liqa 1 və Liqa 2-nin çempionları isə müvafiq olaraq "Reyt Rovers" və "Koub Reyncers"dir. 

Qeyd edək ki, Şotlandiya Premyer Liqasında mövsümlə bağlı qərar hələ verilməyib. Çempionat iyunun 10-dək uzadılıb. 







Xəbər news