28 oktyabr 2024. Bazar ertəsi

Şeydayev moldovalı futbolçu ilə yoldaşlıq oyunu keçiricək


Şeydayev moldovalı futbolçu ilə yoldaşlıq oyunu keçiricək

"Sabah"ın futbolçuları - Ramil Şeydayev və Yevgeni Koçuk arasında PES2020 üzrə yoldaşlıq oyunu keçiriləcək.

Corner.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

Bildirilib ki, qarşılaşma aprelin 19-da olacaq və saat 21:00-da başlayacaq.

R.Şeydayev müvafiq olaraq Azərbaycan millisi, Y.Koçuk isə Moldova seçməsi ilə öz məharətlərini nümayiş etdirəcəklər.







Xəbər news