25 mart 2026. Çərşənbə

Çin klubu 100 minlik yeni stadion tikir


Çin klubu 100 minlik yeni stadion tikir

Çinin “Quançjou Everqrand” klubu yeni stadionun tikintisinə başlayıb. 

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, arenanın təxminən 100 min azarkeş tutumuna malik olacağı gözlənilir.

Stadionun sahəsi 150 min kvadratmetr, ətrafı ilə birlikdə ümumi sahəsi 300 min kvadratmetr olacaq. İdman kompleksi “Quançjou Everqrand” klubunun sahibi olan “Everqrand Qrup”un olacaq. Şirkətin stadiona 12 milyard yuan (təxminən 1.59 milyard dollar) xərcləyəcəyi planlaşdırılır.

Arenanın tikintisinin 2022-ci ilin sonunda başa çatacağı bildirilir.

 







Xəbər news