6 dekabr 2025. Şənbə

Bekhem Messi və Ronaldo arasındakı fərqdən danışdı


Bekhem Messi və Ronaldo arasındakı fərqdən danışdı

"Mançester Yunayted" və Real'ın sabiq futbolçusu Devid Bekhem "Barselona"nın hücumçusu Lionel Messi ilə “Yuventus”un hücumçusu Kriştiano Ronaldo'nun fərqli, eləcə də oxşar cəhətlərini açıqlayıb.

Corner.az xəbər verir ki, bu barədə “Goal.com” bildirib.

"Messi unikal futbolçudur, onunla bir səviyyədə heç kəs yoxdur. Ronaldo Messi'yə nisbətən bir az geri qalır, amma onların ikisi də hamını öz səviyyələrində üstələyirlər", - Bekhem deyib.

Qeyd edək ki, Messi İspaniya çempionatının cari mövsümündə 22 matçda iştirak edib və 19 qol vurub, habelə 12 məhsuldar ötürmə edib. Ronaldo İtaliya çempionatı çərçivəsində 22 matç keçirib və 21 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Xəbər news