6 dekabr 2025. Şənbə

Məşhur futbolçudan 19 gündü xəbər yoxdu


Məşhur futbolçudan 19 gündü xəbər yoxdu

"Anderlext”in yarımmüdafiəçisi Samir Nasri koronavirus pandemiyası dövründə yoxa çıxıb.

Corner.az Belçika mətbuatına istinadən xəbər verir ki, komandası məşqlərini bərpa etsə də, fransalı futbolçu klubun düşərgəsinə qayıtmayıb. Ümumiyyətlə, aprelin 1-dən başlayaraq o, nə klub rəhbərliyi, nə məşqçilər, nə də futbolçularla əlaqə qurub. Samirin çempionatda yaranan fasilə zamanı fərdi məşqləri necə keçirdiyinə dair də klubda məlumat yoxdur. Futbolçunun İnstaqramdakı rəsmi səhifəsində də son paylaşımı 1 apreldə olub.

Xatırladaq ki, Samir Nasri “Anderlext”ə ötən yay “Vest Hem”dən transfer olunub. (qol)







Xəbər news