28 oktyabr 2024. Bazar ertəsi

Fabreqas Keşlə'nin hücumçusunun sualını cavablandırdı


Fabreqas Keşlə'nin hücumçusunun sualını cavablandırdı

“Monako”nun futbolçusu Sesk Fabreqas sosial şəbəkədə “Keşlə”nin hücumçusu Lorenzo Frutosun sualını cavablandırıb.

Сorner.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin “Twitter”də azarkeşlər üçün açdığı canlı söhbətə paraqvaylı futbolçuda qatılıb. 

Frutos Fabreqasa “2010-cü il Cənubi Afrika Respublikasındakı dünya çempionatında finalı çıxsaq, ən çətin matçınız hansı idi?” sualını ünvanlayıb. Təcrübəli futbolçu isə Paraqvayla görüşün qorxunc olduğunu bildirib.

Qeyd edək ki, İspaniya DÇ-2010-un 1/4 finalında Paraqvayı 1:0 hesabı ilə üstələyib. Komanda finalda İspaniyanı əlavə vaxtda eyni hesabla məğlub edərək mundialın qalibi olub. 








Xəbər news