28 oktyabr 2024. Bazar ertəsi

Ronaldinyo otelin rəhbərliyindən nələr istədi?


Ronaldinyo otelin rəhbərliyindən nələr istədi?

Hazırda Paraqvayda 4 ulduzlu "Palmaroqa" otelində ev dustaqlığında olan Braziliya millisinin sabiq üzvü Ronaldinyo otel rəhbərliyindən iki istəyi olub.

Corner.az xaric KİV-lərə istinadən xəbər verir ki, qalan 5 aylıq həbs müddətində bu oteldə qalacaq əfsanəvi oyunçu ona futbol topu və geniş otaq verilməsini istəyib. O, həbsxanada olduğu kimi burada da rahat futbol oynamaq üçün bu istəklə rəhbərliyə müraciət edib. Ronaldinyonun bu istəyi qəbul edilib.

Məlumatı otelin müdiri Emilio Yeqros təsdiqləyib: "Ronaldinyo daim zarafatlar edir. O, yaxşı insan kimi görünür. Heç vaxt təbəssümünü itirmir. İlk gələndə çox gərgin idi, amma dəyişdi. Biz onun istəyinə müsbət cavab verdik". (qol)







Xəbər news