28 oktyabr 2024. Bazar ertəsi

Podolski məşhur idmançı ilə güləşəcək


Podolski məşhur idmançı ilə güləşəcək
“Antalyaspor” klubunun futbolçusu Lukas Podolski başqa idman sahəsində də özünü göstərməyə hazırlaşır.
 
Corner.az xəbər verir ki,34 yaşlı hücumçu yağlı güləşin baş pəhləvanı Ali Gürbüzlə qüvvəsini sınayacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Məlumata görə, “Antalyaspor”un prezidenti Ali Şafak Öztürk  bu ideyanı verib. O, təcrübəli futbolçunun zədələnməsindən qorxduqlarını etiraf etsə də, bu görüşü təşkil edəcəklərinə söz verib.
 
Duelin koronavirus pandemiyası başa çatdıqdan sonra baş tutacağı bildirilib. Almaniyalı futbolçu özü də açıqlamasında bunu işarə edib: "Ali Gürbüz bir az gözləsin. Bir-birimizə toxuna bilmədiyimizdən onu məğlub etməyim üçün pandemiyanın bitməsi lazımdı".
 
Qeyd edək ki, "Antalyaspor"da çıxış edən Podolski sumo güləşi ilə də məşğul olub.







Xəbər news