28 oktyabr 2024. Bazar ertəsi

Virusu mən gətirmədim, yardım da etmirəm - Adebayor


Virusu mən gətirmədim, yardım da etmirəm - Adebayor

“Koronavirusu ölkəyə mən gətirmədim, yardım da etmirəm”.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Paraqvayın “Olimpiya” klubunda çıxış edən Emmanuel Adebayor ölkəsi Toqoda yardım aksiyasına qoşulmamasına münasibət bildirərkən söyləyib.

36 yaşlı hücumçu onu Samuel Etoo və Didye Droqba ilə müqayisə etdiklərini deyib: “Mənim xeyriyyə fondu qurmadığımı, niyə indiyədək yardım etmədiyimi soruşanlar üçün məyusam. Amma mən onlar deyiləm. Mən Adebayoram və hər zaman istədiyimi edəcəyəm. Nə istəsəm, onu yeyir, nə istəsəm, onu edirəm. Toqoya yardım etmədiyim üçün məni tənqid edənlər olacaq". 

Qeyd edək ki, toqolu hücumçu karyerası ərzində "Arsenal", "Mançester Siti","Real Madrid", "Başakşəhər" və "Kayserispor" kimi klubların formasını geyinib. 







Xəbər news