İngiltərəli futbol ulduzu Ueyn Runi Vaşinqton aeroportunda sərxoş vəziyyətdə dava salıb.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, İngiltərə yığmasının sabiq hücumçusu hava limanında nalayiq hərəkətləri ilə diqqəti cəlb edib və ətrafdan keçənlərlə mübahisə edib. Ueyn Runi ictimai yerdə sərxoş vəziyyətdə, uca səslə söyüş söydüyü üçün Vaşinqtonda həbs olunub.
Hadisə dekabrın 16-da olub. Runi Dalles adına Vaşinqton aeroportunda həbs edilib. Lakin o, sonradan cərimə ödəyərək, müvəqqəti sərbəst buraxılıb.
2016-cı ildə İngiltərə yığmasının oyunlarında iştirakını başa vran Ueyn Runi 2018-ci ildən ABŞın D.C. United klubunda oynayır. Futbolçu 20 matç keçirərək, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.