28 oktyabr 2024. Bazar ertəsi

Daha bir ölkədə futbol mövsümü başlayır


Daha bir ölkədə futbol mövsümü başlayır

Cənubi Koreya çempionatında yeni mövsümün başlayacağı tarix bəlli olub.

Corner.az "Reuters"ə istinadən xəbər verir ki, çempionat mayın 8-də start götürəcək. Qarşılaşmaların ikinci qərara qədər azarkeşsiz keçirilməsi nəzərdə tutulur. Bu barədə Koreya Futbol Şurası qərar verib.

Qeyd edək ki, çempionatın startı koronavirus pandemiyası səbəbiylə təxirə salınmışdı. Oyunlara fevralın 29-da start verilməli idi.

Cənubi Koreyada 10 mindən çox insan koronavirusa yoluxub, onlardan 240-ı ölüb.






Xəbər news