28 oktyabr 2024. Bazar ertəsi

Sportinq'in futbolçusu koronavirusa yoluxdu


Sportinq'in futbolçusu koronavirusa yoluxdu

"Sportinq" klubunun futbolçularından birində koronavirus infeksiyasının əlamətləri aşkarlanıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, adı açıqlanmayan oyunçunun virusa yoluxması komanda üzvləri və əməkdaşlarından analiz götürülməsindən sonra müəyyənləşib.

Bildirilib ki, futbolçunun xəstəlik dövrü simptomsuz keçib. Bu, Portuqaliya çempionatında koronavirusa ilk yoluxmadır.

Qeyd edək ki, son göstəricilərə əsasən, Portuqaliyada koronavirusa 23 000 yoluxma faktı aşkarlanıb







Xəbər news