28 oktyabr 2024. Bazar ertəsi

Millimizin sabiq baş məşqçisi baba oldu


Millimizin sabiq baş məşqçisi baba oldu

 Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç baba olub.

Corner.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssisin oğlan nəvəsi dünyaya gəlib.

Bu barədə körpənin anası Lana Yurçeviç şəxsi "Instagram" səhifəsində paylaşıb. O, uşağın adını Aleksandar qoyduqlarını bildirib.

N.Yurçeviçin qızı ötən ilin sonunda makedoniyalı futbolçu Risto Mitrevski ilə evlənib.

Qeyd edək ki, 2019-cu il fevralın 11-də millimizə baş məşqçi təyin olunmuş təcrübəli mütəxəssis dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.







Xəbər news