28 oktyabr 2024. Bazar ertəsi

Avropanın ən sadiq futbolçuları - SİYAHI


Avropanın ən sadiq futbolçuları - SİYAHI

"Transfermarkt" saytı öz "İnstagram" hesabında Avropanın Top-10 liqalarında klubuna ən sadiq futbolçuların infoqrafikasını paylaşıb.

Corner.az-ın məlumatına görə, reytinqdə ilk pilləni MOİK-in qapıçısı İqor Akinfeyev tutub.

Moskva təmsilçisinin 34 yaşlı kapitanı 17 il 3 aydır sözügedən klubun şərəfini qoruyur.

İkinci sırada "Sent-Etyen"inin müdafiəçisi Loik Perren qərarlaşıb - 16 il 9 ay. "Barselona"nın kapitanı Lionel Messi isə 16 il 3 aylıq müddətlə 3-cü pillədə yer alıb.

Klublarına ən sadiq futbolçuların sıralamasında ilk "onluq" aşağıdakı kimidir:

1. İqor Akinfeyev (MOİK, Rusiya) - 17 il 3 ay

2. Loik Perren ("Sent-Etyen", Fransa) - 16 il 9 ay

3. Lionel Messi ("Barselona", İspaniya) - 16 il 3 ay

4. Françesko Manyanelli ("Sassuolo", İtaliya) - 14 il 9 ay

5. Corco Kyellini ("Yuventus", İtaliya) - 14 il 9 ay

6. Serxio Ramos ("Real Madrid", İspaniya) - 14 il 7 ay

7. Semmi Bossyut ("Zulte Varegem", Belçika) - 13 il 9 ay

8. Bruno Soriano ("Vilyarreal", İspaniya) - 13 il 9 ay

9. Dieqo Lopes ("Espanyol", İspaniya) - 13 il 9 ay

10. Marselo ("Real Madrid", İspaniya) - 13 il 3 ay







Xəbər news