29 yanvar 2026. Cümə axşamı

Valverde: “Barcelona çempionluq uğrunda yarışır”


Valverde: “Barcelona çempionluq uğrunda yarışır”
Barcelona-nın baş məşqçisi Ernesto Valverde La Liqada Getafe üzərində qələbəni (2:1) şərh edib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, təzyiqlə üzləşdiklərini deyib.

“Turun digər matçlarının nəticələrini bilirdik. Bu baxımdan bir az təzyiq altında oynamalı olduq. Getafe-nin çətinlik yaradacağını bilirdik. Qələbə qazanmaqla turnir cədvəlində yerimizi möhkəmləndirdik. Rəqib yaxşı oyun göstərdi. Oyunboyu topa nəzarət etməyimiz bizə qələbə qazandırdı. Digər klublar barədə danışmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, Barcelona çempionluq uğrunda yarışır”.- çalışdırıcı bildirib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO