28 oktyabr 2024. Bazar ertəsi

Daha bir ölkədə çempionat dayandırıldı


Daha bir ölkədə çempionat dayandırıldı

Tacikistanda bütün daxili yarışlar koronavirus pandemiyası səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Corner.az-ın məlumatına görə, bu barədə yerli futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, liqalar hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra təxirə salınıb.

Buna baxmayaraq, çempionatın IV turunun sabaha planlaşdırılan bütün görüşləri baş tutacaq.

Qeyd edək ki, Tacikistan çempionatı koronavirus pandemiyasına baxmayaraq dünyada davam edən nadir liqalardan biri idi.







Xəbər news