İtaliya millisinin sabiq üzvü Antonio Kassano “Borussiya Dortmund ”un futbolçusu Erlinq Holandı tərifləyib.
Corner.az xəbər verir ki, keçmiş komanda yoldaşı Kristian Vierinin İnstaqramdakı canlı yayımına qatılan Kassano norveçli forvardı gücünə və qorxmazlığına görə heyvana bənzədib:
"Zalsburq'da oynamağa başlayanda onu “Yuvemtus”a məsləhət bilmişdim. Klub özü də Holanda izləyirdi.
Holand komandasını zirvəyə aparır, qol vurur və iki ayağıyla da oynaya bilir. O heyvan kimidir, heç bir şeydən, ya da heç kimdən qorxmur".
Qeyd edək ki, Holand bu mövsüm Bundesliqada 8 oyuna 9, Çempionlar Liqasında 8 oyuna 10 qol vurub.(qol)