- Xəbər news
- 22:11 05.12.2025
Saxta pasportla Paraqvaya gedən və orda həbs olunan Braziliya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Ronaldinyo ilk dəfə müsahibə verib
.Corner.az xəbər verir ki, 40 yaşlı sabiq futbolçu belə bir vəziyyətə düşə biləcəyini gözləmədiyini deyib:
“Sənədlərin saxta olduğunu biləndə təəccübləndik. Vəziyyəti aydınlaşdırmaq üçün hüquq mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğumuzu bildirdik. O andan bu günə qədər hər şeyə kömək edirik və bu məsələlərə dair izahat veririk. Həbs edilməyim mənim üçün ciddi zərbə idi, heç vaxt belə bir vəziyyətə düşəcəyimə inanmazdım. Bütün həyatımı peşəkar kimi yaşamaq və futbolumla insanları xoşbəxt etmək istəmişəm. Paraqvay xalqının şəxsimə sevgisi və hörməti ilk gündən hiss olunurdu. Buna görə onlara minnətdaram. Bunun da keçəcəyinə inanıram. Hər zaman hər şeyin yaxşı olması üçün dua edirəm. Ümid edirəm bu yaxınlarda məsələ həllini tapacaq. Sərbəst buraxıldıqdan sonra ilk işim anamı öpmək olacaq”.
Qeyd edək ki, Ronaldinyo və qardaşının 1,6 milyon dollar girov müqabilində Paraqvayda həbsdən çıxarılaraq oteldə ev həbsinə çıxarılmışdı