Chelsea Sesk Fabreqas-ın Monaco-ya keçidini həll edə bilmir.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, London klubu ispaniyalıya görə 12 milyon avro kompensasiya tələb edir. Tyerri Anrinin rəhbərlik etdiyi Monaca bu tələblə razılaşmır.
Qeyd edək ki, Fabreqasla Anrinin yaxşı münasibətləri var. Bu amil keçidin baş tutması etimalını artırır. Maurisio Sarrinin Chelsea-ya gəlişindən sonra Fabreqas klubda çox forma geyinə bilmir. Cari mövsüm cəmi 5 oyunda meydana çıxıb. Bu səbəbdən ayrılmq istəyir. 31 yaşlı ispan Chelsea-da 2014-dən çıxış edir. Karyerası ərzində Barcelona və Arsenal-da oynayıb.