Rumıniya polisi “Styaua” klubuna qarşı araşdırmaya başlayıb.
Corner.az xəbər verir ki, buna Buxarest təmsilçisinin futbolçuların klub bazasında məşqə çıxmalarına icazə verməsi səbəb olub.
Hazırda Rumıniyada koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət davam edir. Sakinlər özünütəcrid rejiminə mayın ortalarınadək əməl etməlidilər. Lakin klub bu qaydaları pozmaqla özünü çətin vəziyyətə salıb.
Qeyd edək ki, Rumıniyada koronavirusa yoluxanların sayı 11 mini keçib. 641 nəfər isə pandemiyadan dünyasını dəyişib.