- Xəbər news
- 22:11 05.12.2025
"Mançester Siti"nin hücumçusu Serxio Aquero Barselona'nın futbolçusu Lionel Messi haqqında açıqlama verib.
Corner.az xəbər verir ki, 31 yaşlı hücumçu həmyerlisinin milli komandada tənqid olunmasının düzgün olmadığını bildirib:
“İstənilən komanda həyatınızı çətinləşdirə bilər. Milli komandada məğlub olduqdan sonra hər birimiz çox kədərlənirik. Dizimdə problem olmasına baxmayaraq, 2022-ci il dünya çempionatında çıxış etməyə hazıram. Ancaq indi bütün düşüncələrimiz yalnız Amerika kubokuna cəmləşib.
Messi ilə 2005-ci ildən bəri bərabərik. Milli komandada oynadığına görə onu tənqid edənləri başa düşmürəm. O, hər zaman ən yaxşısını etməyə çalışır”.