- Xəbər news
- 22:11 05.12.2025
İspaniyanın ESPN nəşri dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşdirib.
Corner.az-ın məlumatına görə, siyahıya yaşı 21-dən az olan olan oyunçular daxil edilib. İlk pillədə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb.
İkinci sırada Almaniyanın “Borussiya Dortmund" klubunda çıxış edən Ceydon Sanço yer alıb.
“Liverpul”dan Trend Aleksander-Arnold isə sıralamada 3-cüdür.
Növbəti sıralarda İspaniya “Real Madrid”indən Vinisius Junior, Almaniya “Bayer”indən Kay Haverts, İtaliya “Milan”ından Canluici Donnarumma, “Borussiya”dan (Dordmunt) Erlinq Holand, “Real Madrid”dən Federiko Valverde və İspaniya “Atletiko”sundan Joau Feliş yer alıblar. (report)