28 oktyabr 2024. Bazar ertəsi

Afrika Millətlər Kuboku təxirə salınacaq


Afrika Millətlər Kuboku təxirə salınacaq

2021-ci ildə Kamerunda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku təxirə salınacaq. 

Corner.az xəbər verir ki, bu barədə “BeIN Sports”un jurnalisti Məhəmməd Nejari "Twitter"də yazıb.

O bildirib ki, turnir 2022-ci ildə olacaq. 

Qeyd edək ki, turnir ənənəvi olaraq yanvar-fevral aylarında iki ildən bir keçirilir. Lakin ötən il Misirdə təşkil olunan yarış yayda baş tutub. 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi finalda Seneqalı 1:0 hesabı ilə məğlub edən Əlcəzair millisi olub. 







Xəbər news