28 oktyabr 2024. Bazar ertəsi

Daha bir liqaya erkən yekun vuruldu


Daha bir liqaya erkən yekun vuruldu

Niderland və Fransadan sonra Avropanın daha bir ölkəsində futbol mövsümünə vaxtından əvvəl yekun vurulub.

Corner.az xəbər verir ki, 2019/20 mövsümü Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq. Bu haqda Cəbəllütariq Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Buna səbəb hökumətin assosiasiyaya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirməsi olub.

Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. Altı komandanın yarışdığı liqadan turnir cədvəlindəki hazırkı mövqeyinə əsasən birinci pillədəki "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. Ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək.(qol)







Xəbər news