28 oktyabr 2024. Bazar ertəsi

FİFA yaz-payız təqviminə keçməyi düşünür


FİFA yaz-payız təqviminə keçməyi düşünür

FIFA dünya futbol təqviminin ümumi prinsipinin dəyişdirilmə məsələsi ilə məşğuldur.

Corner.az-ın məlumatına görə, bu barədə "Sport" radiosuna CONCACAF-ın prezidenti və FIFA-nın vitse-prezidenti Viktor Montalyani açıqlama verib. O, ali futbol qurumunun COVID-19 pandemiyası ilə əlaqədar belə addıma məcbur olduğunu bildirib: "Hazırda futbol mövsümünün dayandırılması və ya bərpası ilə bağlı qərarı dövlət orqanları verir. Dövlətin futbolun işlərinə müdaxiləsini qətiyyən qəbul etməyən FIFA isə bununla bağlı mübahisə etmir. Çünki məcburi müvəqqəti tədbirdir. Amma tətbiq oluna biləcək digər dəyişikliklər də var". 

Montalyani misal kimi futbol təqvimini göstərib. FIFA rəsmisinin fikrincə, ənənəvi payız-yaz sxeminin əvəzinə illik təqvim sistemi, yəni, yaz-payız əsas götürülə bilər: "2022-ci il dünya çempionatının Qətərdə noyabr-dekabrda keçiriləcəyini nəzərə alaraq, bu sistemi daimi əsasa çevirmək üzərində düşünmək olar. Məsələn, CONCACAF-a daxil olan Şimali Amerika ölkələrində mövsüm təqvim ili ərzində keçirilir və bu da heç bir çətinlik törətmir. Avropa, Afrika və digər qitələr üçün də problem olacağını düşünmürəm". 

Qeyd edək ki, daha əvvəl FIFA-nın pandemiya şəraitində bir neçə qaydasını dəyişəcəyi açıqlanıb.(report)







Xəbər news