28 oktyabr 2024. Bazar ertəsi

Mourinyonu ağladan yeganə məğlubiyyət


Mourinyonu ağladan yeganə məğlubiyyət

"Tottenhem"in çalışdırıcısı Joze Mourinyo məşqçi karyerası ərzində  bir məğlubiyyətdən sonra ağlayıb.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis məlumat verib. O deyib ki, "Real"ı çalışdırdığı dönəmdə 2012-ci ildə Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya məğlubiyyətdən sonra ayrılıb:

"Bu futboldur. Ronaldo, Kaka və Serxio Ramos üç futbol canavarıdır. Amma onlar penaltilərdə yanıldılar. Bunu anlamaq olar, çünki onlar da insanlardır. Məşqçilik karyeramda ilk dəfə həmin vaxt ağlamışdım. Çünki biz o mövsüm ən yaxşılardan idik. Buna görə belə nəticəni qəbul etmək çətin idi".(qol)







Xəbər news