28 oktyabr 2024. Bazar ertəsi

Barselona'dan ayrılıb Real'a keçməsindən danışdı


Barselona'dan ayrılıb Real'a keçməsindən danışdı

Portuqaliya millisinin sabiq üzvü Luiş Fiqu İnstaqramdakı canlı yayımda “Barselona”dan “Real”a keçməsinin səbəbindən danışıb.

Corner.az xəbər verir ki, o, bu qərarın çətin olduğunu söyləyib: “Bu, çətin, amma möhkəm iradə tələb edən qərar idi. Çünki mənə çox şey vermiş bir şəhəri tərk etməli olurdum. Barselonada özümü yaxşı hiss edirdim. Amma bu, yalnız şəhərə aid idi. Klubda isə işimin lazımınca qiymətləndirilmədiyini hiss edirdim. Asan deyildi. Ona görə də “Real”dan təklif gələndə qəbul etdim”.

Xatırladaq ki, Luiş Fiqu 1995-2000-ci illərdə “Barselona”, 2000-2005-ci illərdə isə bu komandanın əzəli rəqibi “Real”da oynayıb.(qol)







Xəbər news