28 may 2026. Cümə axşamı

Mançini məni aşağılayırdı - Fiqo


Mançini məni aşağılayırdı - Fiqo

Porutqaliya sabiq futbolçusu Luiş Fiqo İnter'in sabiq baş məşqçisi Roberto Mançini ilə aralarında olan soyuq münasibətlər barədə danışıb.

Corner.az “Forza Italian Football” saytına istinadəт xəbər verir ki, o, italiyalı mütəxəssis tərəfindən aşağılandığını söyləyib: “Əvvəlcə hər şey yaxşı idi. Amma zamanla məşqçinin mənə münasibəti dəyişdi. Biz insan kimi bir-birimizi başa düşməməyə başladıq. Mançini karyeramda məni aşağılayan şəxsdir.

“İnter”də oynayanda əzab çəkirdim. Mənim o zaman 20 deyiд, 34-35 yaşım vardı. Olmaması gərəkən vəziyyətlər yaranırdı. 85 dəqiqə hazırlaşıb, sonra 5 dəqiqə meydanda olmaq normal deyildi. İnsanlara hörmətlə yanaşmaq lazımdır”.

Xatırladaq ki, Fiqo 2005-2008-ci illərdə “İnter”də oynayıb.(qol)







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı